Olaylar.az xəbər verir ki, bu gün UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında püşkatma mərasimi keçirilib.
Püşkatma nəticəsində Ağdam təmsilçisi "Nyukasl"a rəqib olub.
Məlumat üçün bildirək ki, "Qarabağ" Liqa mərhələsini 10 xalla 22-ci yerdə tamamlayıb. Evdə "Kopenhagen" (2:0), "Çelsi" (2:2), "Ayaks" (2:4), "Ayntraxt"la (3:2) qarşılaşan region klubu "Benfika" (3:2), "Atletik" (1:3), "Napoli" (0:2) və "Liverpul" (0:6) səfərinə yollanıb.
Qeyd edək ki, ilk oyunlar 17-18 fevral, cavab görüşləri isə 24-25 fevral tarixlərində baş tutacaq. Turnir cədvəlində daha aşağı pillədə yer alan komandalar ilk oyunu evdə, cavab matçını isə səfərdə keçirəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31