RU

Niderlandda 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbirləri keçirilib  

20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Belçika-Niderland Azərbaycanlılarının Koordinasiya Şurası və Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Rotterdam şəhərində, həmçinin Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə Haaqa şəhərində anım tədbirləri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirlərdə 20 Yanvar faciəsinə həsr olunmuş filmlər nümayiş etdirilib. Niderlanddakı Azərbaycan icma təşkilatlarının rəhbərləri çıxış edərək, tariximizə qəhrəmanlıq səhifəsi kimi yazılan 20 Yanvar faciəsi haqqında danışıblar. Həmin qanlı gecənin canlı şahidi olmuş icma üzvləri də xatirələrini bölüşüblər.

Hər iki tədbirdə çıxış edən Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə 20 Yanvar faciəsinə aparan siyasi proseslərdən, Azərbaycanın üzləşdiyi ikili standartlardan, bu dəhşətli cinayətin dünya ictimaiyyətinə çatdırılmasında və ona siyasi-hüquqi qiymət verilməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna rolundan bəhs edib. Diplomat vurğulayıb ki, 20 Yanvar faciəsi xalqımızın müstəqillik əzmini daha da gücləndirib və qısa müddət sonra Azərbaycanın dövlət müstəqilliyinin bərpasına gətirib çıxarıb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, xalqımızın birliyi və şanlı ordumuzun gücü nəticəsində Azərbaycanın ərazi bütövlüyünün təmin olunduğunu vurğulayan diplomat tarixi ədalətin bərpa edildiyini və bu gün Vətən uğrunda canlarından keçmiş bütün şəhidlərimizin ruhunun şad olduğunu bildirib.

Избранный
75
azerbaijan-news.az

1Источники