Azərbaycanda ötən il ən aşağı sürətlə (1-49 Mbps) sabit genişzolaqlı internet xidməti təqdim edən provayderlər açıqlanıb...
Poliqon xəbər verir ki, bu barədə İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) məlumat yayıb.
Məlumata görə, 2025-ci illdə ən aşağı sürətlə xidmət göstərən provayderlər “Delta Telecom”, “Azerbaijan FlexNET”, “Nest Fiber”, “Smart Online” və “Teleport” olub.
Qeyd edək ki, ötən ilin 30 dekabr tarixinə Azərbaycanda internet xidməti göstərən uçota alınmış operator və provayderlərin sayı 193 olub.
Poliqon.info