RU

İndiyə qədər 360 ukraynalı uşaq ölkəmizdə reabilitasiya xidmətlərindən yararlanıb

Bakı. Trend:

Ötən il 4 qrup olmaqla ümumilikdə bu kateqoriyadan 132 uşaqölkəmizə gətirilərək reabilitasiya xidmətlərinə cəlb edilib.

Trend xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarəHeyətinin sədri Vüqar Behbudov bu gün Bakıda Sosial XidmətlərAgentliyinin 2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərədair keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, artıq 4 ildir ki, icra olunan layihəmizçərçivəsində Ukraynadakı müharibədən əziyyət çəkmiş uşaqlarınsosial-psixoloji reabilitasiyasını da həyata keçirilir:

"Ötən il 4 qrup olmaqla ümumilikdə bu kateqoriyadan 132 uşaqölkəmizə gətirilərək reabilitasiya xidmətlərinə cəlb edilib.Uşaqlar Bakı və bölgələrimizdə bir sıra qrup terapiyaları,meditasiya və yoqa məşğələləri, psixo-sosial təlimlər, millimətbəxlə tanışlıq və digər ustad dərslərinə cəlb olunublar. Eynizamanda ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyaları təşkiledilib. 2022-ci ildən bu günədək isə 360 ukraynalı uşaq ölkəmizdəreabilitasiya xidmətlərindən yararlanıb".

Избранный
66
2
az.trend.az

2Источники