RU

İş yoldaşını öldürənə ağır cəza verildi

Bakıda iş yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Şahlar Ağayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Missiya.Az-ın "Unikal"a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunaraq Şahlar Ağayev 9 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki,ötən prosesdə prokuror təqsirləndirilənin 12 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.

Qeyd edək ki, 1999-cu il təvəllüdlü Şahlar Ağayev Yasamal rayonu, Tbilisi prospekti ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1992-ci il təvəllüdlü Pünhan Fərzallını bıçaqlayaraq öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham irəli sürülüb. Onuda qeyd edək ki, hər iki şəxs Bakıdakı tanınmış çörək zavodlarından birinin işçiləri olublar.

Избранный
150
4
missiya.az

5Источники