AZ

İş yoldaşını öldürənə ağır cəza verildi

Bakıda iş yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Şahlar Ağayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunaraq Şahlar Ağayev 9 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki,ötən prosesdə prokuror təqsirləndirilənin 12 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.

Qeyd edək ki, 1999-cu il təvəllüdlü Şahlar Ağayev Yasamal rayonu, Tbilisi prospekti ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1992-ci il təvəllüdlü Pünhan Fərzallını bıçaqlayaraq öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham irəli sürülüb. Onuda qeyd edək ki, hər iki şəxs Bakıdakı tanınmış çörək zavodlarından birinin işçiləri olublar.

Seçilən
144
4
unikal.az

5Mənbələr