RU

Cərimə meydançasında avtomobilə ziyan dəysə, sürücü nə etməlidir?

Bakı. Trend:

Mühafizə olunan duracaqda nəqliyyat vasitəsinə ziyan vurulsa,avtomobilin sahibi məhkəməyə şikayət edə biləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlətquruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan “Yolhərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanunlayihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, nəqliyyat vasitəsinin sahibi nəqliyyatvasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyiorqanın (qurumun) mühafizə olunan duracağına gətirilməsi və oradasaxlanılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyiorqanın (qurumun) müəyyən etdiyi məbləğdə haqqı ödədikdən dərhalsonra saxlanılmış nəqliyyat vasitəsi ona qaytarılacaq.

Nəqliyyat vasitəsi qanunsuz saxlanılıbsa və ya lazımiqaydada saxlanılmaması nəticəsində ona maddi zərər vurulubsa,nəqliyyat vasitəsinin sahibi inzibati qaydada və məhkəməyə şikayətedə biləcək.

Qeyd edək ki, Tarif Şurasının 12 aprel 2006-cı il tarixliQərarına əsasən, Daxili İşlər Nazirliyinin Baş DövlətYol Polisi İdarəsinin nəzdində fəaliyyət göstərən duracaqlaranəqliyyat vasitələrinin təxliyə avtomobilləri vasitəsiləgətirilməsi və orada mühafizə olunaraq saxlanılması xidmətlərininaşağıda göstərilən tarifləri təsdiq edilib:

№-si

Xidmətlərin adı

Ölçü vahidi

Tariflər
(ƏDV ilə manatla)

1.

Nəqliyyat vasitələrinin təxliyyə avtomobilləri vasitəsiləduracaqlara gətirilməsi

1
ədəd/reys

20,0

2.

Nəqliyyat vasitələrinin duracaqlarda saxlanılması

2.1.

Nəqliyyat vasitəsinin çəkisi 3,5 tona qədər olduqda (3,5 tondaxil olmaqla)

1 ədəd/gün

1,0

2.2.

Nəqliyyat vasitəsinin çəkisi 3,5 tondan 10 tona qədər olduqda(10 ton daxil olmaqla)

1 ədəd/gün

2,0

2.3.

Nəqliyyat vasitəsinin çəkisi 10 tondan yuxarı olduqda

1 ədəd/gün

3,0

Избранный
152
5
az.trend.az

10Источники