RU

"Nyukasl"ın vingeri İngiltərədə klub dəyişdirə bilər

"Arsenal"ın yay transfer planlarında "Nyukasl"ın ulduz vingeri Antoni Qordon ilk sıralarda yer alır.

Fanat.Az xəbər verir ki, London klubu Qordonu Qabriel Martinelli və ya Trossardı əvəzləyə biləcək hazır bir Premyer Liqa seçimi kimi görür.

"Sağsağanlar"ın bu transfer üçün 70 milyon funt-sterlinqdən çox məbləğ tələb edəcəyi gözlənilir.

Cari mövsümdə Çempionlar Liqasında keçirdiyi 6 oyunda 5 qol vuran 24 yaşlı futbolçunun intensiv oyunu və pressinq intizamı Artetanın sisteminə uyğun gəlir.

Избранный
110
1
fanat.az

2Источники