"Football-plus.az" xəbər verir ki, matç Ağdam təmsilçisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qurban Qurbanov matçı belə dəyərləndirib:
“İlk oyun idi. Hazırlıq ümumilikdə pis getmir. İstərdik ki, vaxt bir az çox olsun. Yanvarın 16-da daha bir matç var. Daha bir yoxlama oyunu keçirilməsini istərdik. Əfsuslar olsun ki, vaxt yoxdu. Futbolçular istəklidi, özlərinə gəliblər. İlin sonunda çox yorğun idilər. Əvvəlki günlərinə, futbol sevgisinə bir az qayıdıblar. Düzdü, Aleksey Kaşukla Toral Bayramov bir neçə gün məşqdən kənar qaldı. Amma ümumilikdə hazırlıq proqram üzrə gedir. Rəqibin oyunlarına da baxmışdıq. Bir az sistemlərini dəyişmişdilər. Onların belə oyununu normal qarşıladım”.