RU

Sarayda 2-ci sinif şagirdi dəm qazından boğularaq ölüb

Abşeron rayonunun Saray qəsəbəsində şagird dəm qazından boğulub.

"Report"un məlumatına görə, H.Axundov adına 3 nömrəli məktəbin 2-ci sinif şagirdi Dadaşzadə Tahir Tamerlan oğlu yaşadığı evdə dəm qazı səbəbindən ölüb.

Hadisə zamanı uşağın anasının da dəm qazından zəhərləndiyi, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Избранный
62
50
anews.az

10Источники