Siyəzəndə kişi işlədiyi marketdə həyatını itirib.
Bakıvaxtı.az xəbər verir ki, Siyəzən şəhər sakini, 1970-ci il təvəllüdlü Azər Məmmədovun işlədiyi Siyəzən rayonu Qalaşıxlı kəndində “Beşbarmaq” pirinin altı adlanan ərazidə yerləşən marketdə qəflətən halı pisləşərək ölüb.
Hadisə yanvarın 4-də baş verib.
Faktla bağlı Siyəzən rayon prokurorluğunda araşdırma aparılır.