RU

Azərbaycan öz məqsədlərinə doğru inamla irəliləyir - Kamaləddin Qafarov

Bakı. Trend:

Cənab Prezident İlham Əliyevin yanvar ayının 5-də yerliteleviziya kanallarına verdiyi müsahibədə səsləndirilən fikirlərölkənin postmünaqişə dövründə həyata keçirdiyi strateji inkişafmodelinin mahiyyətini aydın şəkildə ortaya qoyur.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatıKamaləddin Qafarov deyib.

Onun fikrincə, Prezident İlham Əliyevin işğaldan azad edilmişərazilərin bir-biri ilə və Azərbaycanın digər bölgələri iləkompleks şəkildə bağlantısının təmin olunmasını əsas prioritet kimimüəyyənləşdirməsi, əslində, təkcə nəqliyyat məsələsi deyil,bütövlükdə milli inteqrasiyanın yeni mərhələsidir:

“Kəlbəcər-Gəncə-Qərb, Tərtər-Bərdə-Bakı, Füzuli-Biləsuvar-Cənubistiqamətlərinin paralel şəkildə inkişaf etdirilməsi ölkədaxiliiqtisadi dövriyyəni sürətləndirir, regionlararası tarazlığıgücləndirir və ölkənin logistika xəritəsini daha çevik və etibarlıedir. Bu yanaşma göstərir ki, Qarabağ və Şərqi ZəngəzurAzərbaycanın ümumi inkişaf strategiyasının ayrılmaz hissəsi kimiplanlaşdırılır və bu ərazilər mərkəzdən kənar yox, mərkəzin özünəçevrilməkdədir.”

Millət vəkili xüsusi olaraq vurğulayıb ki, cənab Prezident İlhamƏliyevin dəmir yolu, avtomobil və gələcəkdə hava nəqliyyatınınölkədaxili miqrasiyanı stimullaşdıracağı ilə bağlı fikirlərisosial-iqtisadi siyasətin mühüm aspektini əks etdirir:

“Prezident İlham Əliyev “şərt deyil ki, hamı Bakıya gəlsin”deməklə regional inkişaf fəlsəfəsinin əsas ideoloji dayağınımüəyyənləşdirdi. Xankəndi və Ağdamın azad edilmiş ərazilərinaparıcı şəhərlərinə çevrilməsi planı bu bölgələrin təkcə yaşayışməkanı deyil, həm də iqtisadi, mədəni və inzibati cazibə mərkəziolacağını göstərir. Artıq bu şəhərlərə Bakıdan, Naxçıvandan vədigər bölgələrdən insanların gəlməsi reallığa çevrilib. Bu ilinsonunadək 120–140 min insanın azad edilmiş ərazilərdə yaşaması vəçalışması ilə bağlı proqnoz isə dövlət proqramlarının realnəticələr verdiyini təsdiqləyir. Bu, bərpa və reinteqrasiyaprosesinin formal deyil, canlı və davamlı xarakter daşıdığınınümayiş etdirir. Müsahibədə Naxçıvanın həm Ermənistan, həm də İranüzərindən Azərbaycanın əsas hissəsi ilə birləşdirilməsi perspektiviregional geosiyasətdə tamamilə yeni konfiqurasiya yaradır. AğbənddəAraz çayı üzərində inşa edilən körpü, Zəngəzur dəhlizi ilə bağlıproblemlərin aradan qalxması və Naxçıvan–Türkiyə dəmir yolu ideyasıAzərbaycanın təşəbbüskar və nəticəyönümlü siyasətiningöstəricisidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, faktikiolaraq Naxçıvan, Şərqi Zəngəzur və Qarabağın vahid bir bölgə kimibirləşdirilməsi tarixi-coğrafi ədalətin bərpasıdır. Bu yanaşmaİkinci Qarabağ müharibəsində əldə edilən Qələbənin yalnız hərbideyil, siyasi və psixoloji miqyasını da ortaya qoyur. CənabPrezident İlham Əliyevin sülhə dair mesajları isə bu gücün dağıdıcıdeyil, konstruktiv məqsədlərə xidmət etdiyini göstərir. Azərbaycansülh istəyir, lakin bu sülh güclü dövlət iradəsi və milli maraqlaraəsaslanmalıdır. Bu balanslı siyasət ölkəni regionda sabitliyin vəinkişafın əsas təminatçısına çevirir”.

Məqalədə:
Избранный
96
14
az.trend.az

10Источники