Millət vəkili xüsusi olaraq vurğulayıb ki, cənab Prezident İlham Əliyevin dəmir yolu, avtomobil və gələcəkdə hava nəqliyyatının ölkədaxili miqrasiyanı stimullaşdıracağı ilə bağlı fikirləri sosial-iqtisadi siyasətin mühüm aspektini əks etdirir: “Dövlət başçısı “şərt deyil ki, hamı Bakıya gəlsin” deməklə regional inkişaf fəlsəfəsinin əsas ideoloji dayağını müəyyənləşdirdi. Xankəndi və Ağdamın azad edilmiş ərazilərin aparıcı şəhərlərinə çevrilməsi planı bu bölgələrin təkcə yaşayış məkanı deyil, həm də iqtisadi, mədəni və inzibati cazibə mərkəzi olacağını göstərir. Artıq bu şəhərlərə Bakıdan, Naxçıvandan və digər bölgələrdən insanların gəlməsi reallığa çevrilib. Bu ilin sonunadək 120–140 min insanın azad edilmiş ərazilərdə yaşaması və çalışması ilə bağlı proqnoz isə dövlət proqramlarının real nəticələr verdiyini təsdiqləyir. Bu, bərpa və reinteqrasiya prosesinin formal deyil, canlı və davamlı xarakter daşıdığını nümayiş etdirir. Müsahibədə Naxçıvanın həm Ermənistan, həm də İran üzərindən Azərbaycanın əsas hissəsi ilə birləşdirilməsi perspektivi regional geosiyasətdə tamamilə yeni konfiqurasiya yaradır. Ağbənddə Araz çayı üzərində inşa edilən körpü, Zəngəzur dəhlizi ilə bağlı problemlərin aradan qalxması və Naxçıvan–Türkiyə dəmir yolu ideyası Azərbaycanın təşəbbüskar və nəticəyönümlü siyasətinin göstəricisidir. Cənab Prezidentin vurğuladığı kimi, faktiki olaraq Naxçıvan, Şərqi Zəngəzur və Qarabağın vahid bir bölgə kimi birləşdirilməsi tarixi-coğrafi ədalətin bərpasıdır. Bu yanaşma İkinci Qarabağ müharibəsində əldə edilən Qələbənin yalnız hərbi deyil, siyasi və psixoloji miqyasını da ortaya qoyur. Cənab Prezident İlham Əliyevin sülhə dair mesajları isə bu gücün dağıdıcı deyil, konstruktiv məqsədlərə xidmət etdiyini göstərir. Azərbaycan sülh istəyir, lakin bu sülh güclü dövlət iradəsi və milli maraqlara əsaslanmalıdır. Bu balanslı siyasət ölkəni regionda sabitliyin və inkişafın əsas təminatçısına çevirir”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta