Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun mərkəzi bazarında atışma baş verib, ata və oğlu güllələnib.
APA xəbər verir ki, silahlı insident qızıl mağazasında qeydə alınıb.
Ağır yaralanan 27 yaşlı azərbaycanlı oğlan xəstəxanada ölüb. Atasının vəziyyəti stabil ağır kimi qiymətləndirilir.
Ata və oğlunun özlərinə məxsus zərgərlik mağazasında güllələndikləri bildirilir.
Hadisənin motivi məlum deyil.
Hadisəni törədən şəxsin kimliyini müəyyən etmək üçün müşahidə kameralarının qeydə aldığı görüntülər yoxlanılır, istintaq hərəkətləri həyata keçirilir.