RU

ABŞ-nin Venesuelaya əməliyyatı: Trampdan Maduroya təklifləri...

Vens: Tramp narkotik ticarətinin dayandırılması qarşılığında Venesuelaya güzəştlər təklif edib...

Poliqon xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens sosial şəbəkə X-də yazıb. Vens qeyd edib ki, ABŞ prezidenti Donald Tramp bir neçə dəfə Venesuelaya təkliflər edib: narkotik ticarətini dayandırmaq və “Karakas tərəfindən oğurlanmış” neftin geri qaytarılması müqabilində ölkəyə müəyyən güzəştlər verilə bilərdi.

"Tramp bütün proses ərzində aydın şəkildə Maduroya narkotik ticarəti dayandırılmalı, neft isə ABŞ-a qaytarılmalıdır", deyə Vens yazıb.

Qeyd edək ki, bu gün, 3 yanvarda ABŞ qüvvələri Venesuelaya əməliyyat həyata keçirib. Venesuela lideri Nikolas Maduro və həyat yoldaşı xüsusi təyinatlı “Delta” bölməsinin hərbçiləri tərəfindən yaxalanıb və ölkədən çıxarılıb. Ağ Evin rəhbəri əməliyyatın detalları barədə 19:00 MSK-də keçiriləcək mətbuat konfransında açıqlama verəcəyini vəd edib.

Ən son məlumatlara görə, Karakasda əməliyyat zamanı ən azı 11 hərbi və mülki obyekt hədəfə alınıb. Bunlar arasında hərbi bazalar, aeroportlar, parlament binası və Uqo Çavesin məzarı da var. Ekspertlər bildirirlər ki, bu əməliyyat Venesuelada siyasi və hərbi strukturlara ciddi təsir göstərir və ölkədəki hakimiyyət böhranını daha da dərinləşdirə bilər.

Poliqon.info

Избранный
114
44
poliqon.info

10Источники