RU

Fransa klubu “Beşiktaş”a təklif göndərdi

"Beşiktaş"ın müdafiəçisi Feliks Uduoxay karyerasını Fransada davam etdirə bilər.

Paralel.az xəbər verir ki , "Paris" almaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Parislilər Uduoxay üçün İstanbul klubuna rəsmi təklif göndərib. Liqa 1 təmsilçisi 28 yaşlı mərkəz müdafiəçisini satınalma bəndi ilə icarəyə götürməyi planlaşdırır. Super Liqa nəhəngi təcrübəli oyunçunu 4-5 milyon avroya satmağa hazırdır.

Qeyd edək ki, Feliks Uduoxay bu mövsüm "Beşiktaş"ın heyətində 11 rəsmi matçda meydana çıxıb. Onun "ağ-qaralar"la müqaviləsi 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulub.

Избранный
37
50
paralel.az

10Источники