Yunan-Roma güləşi üzrə milli komandamızın baş məşqçisi Aleksandr Tarakanov yığmadan ayrılıb. 

Offsideplus.az xəbər verir ki, bu barədə dünya və Avropa çempionumuz Rafiq Hüseynov sosial şəbəkə hesabında paylaşımında bildirib. O, 67 yaşlı mütəxəssislə vidalaşıb. 

Qeyd edək ki, Tarakanov 2019-cu ildən millimizin baş məşqçisi idi.