Bakı. Trend:
Çexiya Ukraynaya kredit üçün zamin olmadı, çünki ölkənin özündəvəsait çatışmır.
Trend-inməlumatına görə, bu barədə Çexiyanın baş naziri Andrey Babiş"Denik" portalına müsahibəsində deyib.
"Artıq Çexiya büdcəsindən Ukraynaya pul ayıra bilmirik, çünkiməktəb aşpazları üçün belə kifayət qədər vəsaitimiz yoxdur", - deyəA.Babiş bildirib.
O qeyd edib ki, Çexiya məhz buna görə Ukraynaya 90 milyard avroməbləğində kredit verməkdən imtina edib.
"Zəmanət əslində borcdur, çünki Ukraynanın bu pulu heç vaxt geriqaytara bilməyəcəyi açıq-aydındır", - deyə baş nazirvurğulayıb.