AZ

Çexiya Ukraynaya dövlət büdcəsindən vəsait ayıra bilməyəcək

Çexiya Ukraynaya kredit üçün zamin olmadı, çünki ölkənin özündə vəsait çatışmır.

“İki sahil” xəbər verir ki, bu barədə Çexiyanın baş naziri Andrey Babiş "Denik" portalına müsahibəsində deyib.

"Artıq Çexiya büdcəsindən Ukraynaya pul ayıra bilmirik, çünki məktəb aşpazları üçün belə kifayət qədər vəsaitimiz yoxdur", - deyə A.Babiş bildirib.

O qeyd edib ki, Çexiya məhz buna görə Ukraynaya 90 milyard avro məbləğində kredit verməkdən imtina edib.

"Zəmanət əslində borcdur, çünki Ukraynanın bu pulu heç vaxt geri qaytara bilməyəcəyi açıq-aydındır", - deyə baş nazir vurğulayıb.

Seçilən
87
1
ikisahil.az

2Mənbələr