RU

Bədbəxt hadisə iki nəfərin ölümünə səbəb olduVİDEO

Göyçayda evin eyvanına çıxıb işıqları yandırmaq istəyərkən yıxılan kişi aldığı xəsarətlərdən ölüb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Çayarxı kəndində baş verib. Kənd sakini, 54 yaşlı Sərvan Əhmədov yaşadığı evdə bədbəxt hadisə nəticəsində ölüb.

Sərvan Əhmədov baş nahiyəsindən ağır xəsarət almış vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin göstərdiyi tibbi yardıma baxmayaraq, o, bir gün sonra xəstəxanada dünyasını dəyişib.

Göyçay Rayon Mərkəzi Xəstəxanasından “Xəzər Xəbər”ə bildirilib ki, 1972-ci il təvəllüdlü şəxsə qapalı kəllə-beyin travması, ağır formada baş-beyin əzilməsi diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, yanvarın 1-i saat 09:20 radələrində şəxsin ölüm faktı qeydə alınıb. 

Goranboyda isə 59 yaşlı qadın faciəli şəkildə ölüb.

Hadisə rayonun Dəliməmmədli şəhəri ərazisində qeydə alınıb. Nahidə Məmmədova yaşadığı binanın qarşısında yığılan böyük beton dirəklərin üzərinə çıxan zaman ayağı betonların arasında qalıb. Ətrafdakılar onun ayağını beton dirəklərin altından çıxarmağa cəhd ediblər. Bu mümkün olsa da, qadın hadisə yerində vəfat edib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
83
8
xezerxeber.az

7Источники