AZ

Dəm qazı iki nəfərin ölümünə səbəb olduVİDEO

Abşeron rayonunda ana və onun azyaşlı oğlu dəm qazından zəhərlənib, uşaq dünyasını dəyişib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Saray qəsəbəsində qeydə alınıb.

Məlumata görə, 11 yaşlı Tahir Dadaşzadə evdə olarkən dəm qazının təsirinə məruz qalıb. Oğlunun vəziyyətini görən ana onu xilas etmək üçün dərhal müdaxilə edib, lakin o da dəm qazının təsirinə məruz qalıb. Onlar xəstəxanaya çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, Tahir dünyasını dəyişib, anası isə  hazırda xəstəxanadadır və vəziyyətinin orta-ağır olduğu bildirilir.  

Sumqayıtda isə 4 bacının bir qardaşı dəm qazından boğularaq həyatını itirib.  Hadisə Ceyranbatan bağlarında qeydə alınıb. Fərdi yaşayış evində kirayədə qalan 24 yaşlı Musa Məmişov dəm qazından zəhərlənərək ölüb. Mərhumun əmisi Vüsal Məmişov bildirib ki, hadisə səhər saatlarında qeydə alınıb. Yaxınları tərəfindən evdə halsız vəziyyətdə aşkar olunan gəncin həyatını xilas etmək mümkün olmayıb.

Hər iki Faktla bağlı  araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
34
xezerxeber.az

1Mənbələr