Goranboyda bədbəxt hadisə baş verib.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, 1967-ci il təvəllüdlü N.Məmmədova yaşadığı binanın yanında beton dirəyə dəyərək yıxılıb.
Nəticədə başından xəsarətlər alan qadın hadisə yerində ölüb.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.