Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Qıvraqqəsəbəsində məscid binasının dam örtüyünün yanar konstruksiyaları70 m² sahədə yanıb, qalan hissəsi yanğından mühafizə olunub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, yanğın yanğındanmühafizə bölmələri tərəfindən söndürülüb.