RU

Amsterdamdə 150 illik kilsə binası yanaraq məhv olub

Amsterdamin mərkəzində yerləşən, 150 illik Vondelkerk kilsəsinin binası güclü yanğın nəticəsində tamamilə yanıb.

Aznews.az xəbər verir ki, NH Nieuws portalının yazdığına görə, memarlıq abidəsinin bərpası mümkün deyil.

Portalın məlumatına əsasən, yanğın gecə saat bir radələrində baş verib və alov qısa müddətdə bütün kilsəni bürüyüb. Yanğının səbəbləri hələlik müəyyən edilməyib. Binanın uçma təhlükəsi olduğu bildirilir.

Hadisə yerinə gələn fövqəladə xidmətlər kilsənin ətrafındakı bütün küçələri bağlayıb. Alovun qonşu binalara keçmə riski səbəbindən onlarla sakinin yaşadığı evlərdən təxliyə aparılıb.

Избранный
62
3
aznews.az

6Источники