AZ

Kilsənin 150 illik binası yanaraq məhv oldu FOTO

ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Amsterdamin mərkəzində yerləşən, 150 illik Vondelkerk kilsəsinin binası güclü yanğın nəticəsində tamamilə yanıb.

Milli.Az xəbər verir ki, NH Nieuws portalının yazdığına görə, memarlıq abidəsinin bərpası mümkün deyil.

Portalın məlumatına əsasən, yanğın gecə saat bir radələrində baş verib və alov qısa müddətdə bütün kilsəni bürüyüb. Yanğının səbəbləri hələlik müəyyən edilməyib. Binanın uçma təhlükəsi olduğu bildirilir.

Hadisə yerinə gələn fövqəladə xidmətlər kilsənin ətrafındakı bütün küçələri bağlayıb. Alovun qonşu binalara keçmə riski səbəbindən onlarla sakinin yaşadığı evlərdən təxliyə aparılıb.

Qeyd edək ki, Vondelkerk 1872-1880-ci illərdə memar Pyer Keypersin layihəsi əsasında inşa edilmiş neoqotik kilsədir. Həmin memar Amsterdam Mərkəzi Dəmir Yolu Vağzalının və Reyksmuzeyin binalarını da layihələndirib. Kilsə Vondelparkın yaxınlığında yerləşir və Niderlandın milli mədəni irs obyektlərindən biridir. Son illərdə kilsədə müntəzəm ibadətlər keçirilmirdi və bina mədəni məkan kimi fəaliyyət göstərirdi. Burada sərgilər, konsertlər və ictimai tədbirlər təşkil olunurdu. /APA

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
4
news.milli.az

6Mənbələr