RU

Xaricdən telefon gətirmək istəyənlərin NƏZƏRİNƏ

Bu gündən etibarən Azərbaycana gətirilən mobil cihazlara aksiz vergisi tətbiq ediləcək.

Bizim.Media xəbər verir ki, ölkəyə idxal edilən mobil cihazların hər bir ədədi üçün 20 manat aksiz vergisi tətbiq olunacaq. 

Yalnız fiziki şəxsin şəxsi istifadəsi üçün təqvim ili ərzində ölkəyə gətirilən 1 ədəd mobil cihaz aksizdən azad olunacaq.

Həmçinin, bazar qiymətindən asılı olmayaraq təqvim ili ərzində 1 ədəddən artıq mobil cihaz üçün 100 manat məbləğində dövlət rüsumu müəyyən ediləcək.

Qeyd edək ki, bu müddəalar Vergi Məcəlləsinə edilən dəyişiklikdə öz əksini tapıb. 

Xatırladaq ki, dekabrın 29-da Prezident İlham Əliyev Vergi Məcəlləsinə dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

Günay Şahmar, Bizim.Media

Избранный
70
29
bizim.media

10Источники