RU

Özəl sektorda çalışan şəxslərin maaşından tutulan tibbi sığorta haqqının dərəcəsi azaldılıb

Bakı. Trend:

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunaaid edilən sığortaedənlərdə işləyən şəxslər üzrə yeni icbari tibbisığorta haqqı müəyyənləşdirilib.

Trend-inməlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi“Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanundaöz əksini tapıb.

Qanuna əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan vəqeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən şəxslərüzrə – sığortalı tərəfindən işçinin əməkhaqqının 2500 manatadəkolan hissəsindən 2 faiz, 2500 manatdan yuxarı olan hissəsindən 0,5faiz, sığortaolunan tərəfindən əməkhaqqının 2500 manatadək olanhissəsindən 2 faiz, 2500 manatdan yuxarı olan hissəsindən 0,5 faizicbari tibbi sığorta müəyyən edilib.

Daha əvvəl yuxarıdakı müddəa nəzərə alınmaqla muzdla işləyənfiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidməthərbi qulluqçuları istisna olmaqla), Milli Məclis və ya müvafiqicra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindənvəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutanşəxslər üzrə – sığortalı tərəfindən işçinin əməkhaqqının 8000manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olanhissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8000manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olanhissəsindən 0,5 faiz icbari tibbi sığorta müəyyən edilmişdi.

Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvartarixindən qüvvəyə minib.

Избранный
55
14
az.trend.az

10Источники