RU

Bayramda şirniyyatın qədərini necə müəyyən edək?

Tətil günlərində sağlam qidalanma və idman vərdişlərini qorumaq çətin olsa da, mütəxəssislər, bu dövrdə özünüzə çox sərt qaydalar qoymaq əvəzinə, kiçik və davamlı vərdişlərə fokuslanmağı məsləhət görüb.

Paralel.az xəbər verir ki , rusiyalı dietoloq Natali Mokarinin sözlərinə görə, sevdiyiniz bayram yeməklərindən tam imtina etməyə ehtiyac yoxdur. 
 

Əsas məqsəd balans yaratmaqdır. Məsələn, şirniyyatlarla yanaşı meyvə və tərəvəzlər də əlavə etmək, kifayət qədər su içmək və porsiyalara diqqət yetirmək özünüzü daha enerjili hiss etməyə kömək edə bilər.


Fiziki aktivlik də mütləq idman zalı demək deyil. Qısa gəzintilər, yüngül dartınmalar, ailə ilə açıq havada hərəkətli oyunlar bədəni oyadır və yorğunluğu azaldır.

Amerikalı fitness mütəxəssisi Dana Santas isə bildirib ki, 10 dəqiqəlik gəzinti belə faydalıdır.

Ən vacibi isə günahkarlıq hissindən uzaq durmaqdır. Tətilin məqsədi dincəlmək və yaxınlarla vaxt keçirməkdir. Kiçik sağlam seçimlər edərək həm bayramın dadını çıxarmaq, həm də özünüzü yaxşı hiss etmək mümkündür, deyə mütəxəssis bildirib. (saglamolun.az)

Избранный
73
2
paralel.az

10Источники