RU

“Arsenal” darmadağınla qalib gəldi

ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İngiltərə Premyer Liqası çərçivəsində "Arsenal" və "Aston Villa" komandaları qarşılaşıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, Londondakı "Emirates" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın 48-ci dəqiqəsində "Arsenal"ın braziliyalı müdafiəçisi Qabriel Maqalyanes hesabı açıb. Dörd dəqiqə sonra ispan yarımmüdafiəçi Martin Zubimendi fərqi iki topa çatdırıb - 2:0. "Topçular"ın üçüncü qolunu 69-cu dəqiqədə belçikalı cinah oyunçusu Leandro Trossard vurub. 78-ci dəqiqədə braziliyalı hücumçu Qabriel Jesus hesabı 4:0 edib. Qarşılaşmanın son nöqtəsini isə 90+4-cü dəqiqədə Olli Uotkins vuraraq "Aston Villa"nın yeganə qoluna imza atıb.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
41
7
news.milli.az

10Источники