AZ

“Arsenal” “Aston Villa”nı darmadağın etdi VİDEO

Unikal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İngiltərə Premyer Liqası çərçivəsində “Arsenal” və “Aston Villa” komandaları qarşılaşıblar.

"Unikal" xəbər verir ki, Londondakı “Emirates” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın 48-ci dəqiqəsində “Arsenal”ın braziliyalı müdafiəçisi Qabriel Maqalyanes hesabı açıb. Dörd dəqiqə sonra ispan yarımmüdafiəçi Martin Zubimendi fərqi iki topa çatdırıb – 2:0. “Topçular”ın üçüncü qolunu 69-cu dəqiqədə belçikalı cinah oyunçusu Leandro Trossard vurub. 78-ci dəqiqədə braziliyalı hücumçu Qabriel Jesus hesabı 4:0 edib. Qarşılaşmanın son nöqtəsini isə 90+4-cü dəqiqədə Olli Uotkins vuraraq “Aston Villa”nın yeganə qoluna imza atıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
90
7
unikal.az

10Mənbələr