Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
"İtaliya A Seriyasında payız-qış mövsümündə istifadə olunan narıncı topdan imtina ediləcək".
Oxu.Az "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, bu sözləri A Seriyasının prezidenti Etsio Simonelli deyib.
"Bu mövzu ilə bağlı çoxlu əsaslandırılmış şikayətlər aldıq. Elə tamaşaçılar var ki, daltonizm (gözün bəzi rəngləri seçə bilməməsi - red.) səbəbindən bu topu görə bilmirlər. Buna görə də biz sarı və ağ toplara qayıdırıq", - deyə o bildirib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.