AZ

İtaliya çempionatında bu toplardan istifadə olunmayacaq

"İtaliya A Seriyasında payız-qış mövsümündə istifadə olunan narıncı topdan imtina ediləcək".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri A Seriyasının prezidenti Etsio Simonelli deyib.

"Bu mövzu ilə bağlı çoxlu əsaslandırılmış şikayətlər aldıq. Elə tamaşaçılar var ki, daltonizm (gözün bəzi rəngləri seçə bilməməsi - red.) səbəbindən bu topu görə bilmirlər. Buna görə də biz sarı və ağ toplara qayıdırıq", - deyə o bildirib.

Milli.Az

Seçilən
121
2
milli.az

3Mənbələr