RU

Culfada qəza: 2920 abonent qazsız qaldı

ain.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Culfa şəhərində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində qaz təchizatında fasilə yaranıb.

"Unikal" xəbər verir ki,  şəhərin Ordubadi küçəsində minik avtomobili D-100-lük qaz xəttinə çırpılıb. Qəza nəticəsində təhlükəsizlik məqsədilə 2920 abonentin qaz təchizatı müvəqqəti dayandırılıb.

Hazırda ərazidə bərpa işləri aparılır. Təmir işləri başa çatdıqdan sonra abonentlərin qazla təminatı bərpa olunacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
61
3
unikal.az

10Источники