RU

Məşhur məşqçi əməliyyat olundu

İtaliyanın "Latsio" klubunun baş məşqçisi Mauritsio Sarri əməliyyat olunub.

Bizim.Media xəbər verir ki, Roma təmsilçisinin mətbuat xidmətinin yaydığı məlumata görə, 66 yaşlı mütəxəssis ürəyində yaranan problem səbəbindən əməliyyat olunub.

Həkimlər onda qulaqcıqların fibrilyasiyası (ürək ritminin pozulması) aşkar ediblər.
 

Məlumata görə, mütəxəssisin əməliyyatı uğurla başa çatıb. Təcrübəli çalışdırıcının yaxın günlərdə komandadakı işini bərpa edəcəyi bildirilir.


Xatırladaq ki, M.Sarri bu il yenidən "Latsio"ya baş məşqçi təyin olunub. O, daha əvvəl 2021-2024-cü illərdə də paytaxt klubunu çalışdırıb.

Bizim.Media

Избранный
77
50
bizim.media

10Источники