Türkiyənin “Fatih Karagümrük” klubunun yeni baş məşqçisi bəlli olub.
İdmanxeber.az xəbər verir ki, İstanbul təmsilçisini bundan sonra serbiyalı mütəxəssis Aleksandar Stanojeviç çalışdıracaq.
“Fatih Karagümrük” Stanojeviçlə mövsümün sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Qeyd edək ki, 51 yaşlı çalışdırıcının son iş yeri Serbiyanın “Partizan” klubu olub.