RU

İran ərazisində tapılan balıqçı Turan Həsənovun meyiti Azərbaycana təhvil verilib - VİDEO

İtkin düşmüş hesab edilən balıqçı Turan Həsənovun meyiti Azərbaycana verilib.

Aznews.az xəbər verir ki, 19.12.2025-ci il tarixdə Xəzər dənizinin İran ərazisində meyit tapılması barədə məlumat verilmişdi.

Araşdırmalar zamanı məlum olub ki, meyit itkin düşmüş Astara rayonunun Şahağac kənd sakini, balıqçı 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğluna aiddir.

Meyitin qarşı tərəfə verilməsi istiqamətində danışıqlar aparılıb və bu gün Turan Həsənovun meyiti Azərbaycana verilib.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Избранный
20
40
aznews.az

10Источники