Türkiyənin Bursa vilayətind İŞİD terror qruplaşmasına qarşı əməliyyat keçirilib.
"Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, müxtəlif ünvanlarda keçirilən əməliyyatlar nəticəsində səkkiz qruplaşma üzvü saxlanılıb.
Qeyd edək ki, dekabrın 29-da Yalova vilayətində İŞİD üzvləri ilə təhlükəsizlik qüvvələri arasında atışma baş verib, nəticədə üç polis əməkdaşı həlak olub. Beş terrorçu isə saxlanılıb.