RU

Tramp: "ABŞ İrana zərbə endirməyə hazırdır"

"ABŞ İranın nüvə proqramını yenidən bərpa etməyə cəhd göstərəcəyi təqdirdə ona qarşı zərbələr endirməyə hazırdır".

Moderator.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışıqlara başlayarkən bildirib.

"Eşidirəm ki, İran yenidən nüvə potensialını artırmağa çalışır və əgər bu, doğrudursa, biz onları dayandırmalı olacağıq. Biz onları dayandıracağıq", - deyə Tramp qeyd edib.

Prezident əlavə edib ki, məsələnin diplomatik yolla həllinə üstünlük verir: "Eşitmişəm ki, İran razılaşma əldə etmək istəyir. Əgər onlar razılaşma istəyirlərsə, bu, daha ağıllı addım olar".

Избранный
86
50
moderator.az

10Источники