RU

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı Lənkəran təmsilçisinin şikayətini qismən təmin edib

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı Region Liqasında çıxış edən "Lənkəran" klubunun futbolçusu Səlim Alıyevlə bağlı şikayətini qismən təmin edib.

"Far.Az" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 7-də "Zəfər 44" komandası ilə qarşılaşmada hakimlər briqadasını təhqir edən futbolçunun 4 matçlıq cəzası 3-ə endirilib.

Apellyasiya şikayətinin qalan hissəsi isə təmin edilməyib.

Cənub təmsilçisinə Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü izah edilib.

Избранный
75
8
far.az

10Источники