AZ

AFFA nın Apellyasiya Arbitraj Tribunalı Lənkəran təmsilçisinin şikayətini qismən təmin edib

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı Region Liqasında çıxış edən "Lənkəran" klubunun futbolçusu Səlim Alıyevlə bağlı şikayətini qismən təmin edib.

525.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 7-də "Zəfər 44" komandası ilə qarşılaşmada hakimlər briqadasını təhqir edən futbolçunun 4 matçlıq cəzası 3-ə endirilib.

Apellyasiya şikayətinin qalan hissəsi isə təmin edilməyib.

Cənub təmsilçisinə Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü izah edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
39
5
525.az

10Mənbələr