RU

Naxçıvanda korrupsiya ilə mübarizə əleyhinə təlimlər təşkil olunub

QHT Agentliyinin dəstəyi, Bakı İctimai Əməkdaşlıq Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan şəhərində “Korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları (qurumları) arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsinin müzakirəsi” adlı tədbir keçirilib.

Tədbirdə Naxçıvan MR-da 60 nəfərə yaxın dövlət, özəl, ictimai sektor nümayəndəsi iştirak edib. Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri Rauf Zeyni  bildirib ki, korrupsiyaya qarşı mübarizə sahəsində qabaqlayıcı addımlar mühümdür. 
 

Ekspert-təlimçi, “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzinin sədri Zaur İbrahimov iştirakçılara "Korrupsiya və onun formaları", "Hüquqi və institusional çərçivə", "Vətəndaş cəmiyyəti institutlarının rolu", "Müasir yanaşmalar", "Etik davranış və şəxsi məsuliyyət" mövzularında təlimlər keçib. Müzakirələr sual-cavab sessiyası ilə davam edib.

Избранный
10
18
qht.az

10Источники