
“Milan”ın hücumçusu Kristofer Nkunku “Fənərbağça”nın maraq dairəsindədir.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Ekrem Konur sosial şəbəkədəki səhifəsində məlumat verib.
Bildirilib ki, Türkiyə klubu futbolçunu icarəyə götürməkdə maraqlıdır və ya onun üçün 30-35 milyon avro təklif etməyə hazırdır. Fransız forvardla İngiltərə Premyer Liqası və Almaniya Bundesliqa klubları da maraqlanır. Nkunkunun “Milan”la hazırkı müqaviləsi 30 iyun 2030-cu ilə qədərdir.