AZ

"Aston Villa" yeni hücumçu üçün 57 milyon avro xərcləyəcək

“Brentford”un mərkəz hücumçusu İqor Tiaqo Premyer Liqada klubunu dəyişə bilər.

Apasport.az xəbər verir ki, 24 yaşlı hücumçuya “Aston Villa” ciddi maraq göstərir. Birmingem təmsilçisi braziliyalı futbolçunun bu mövsüm sərgilədiyi çıxışdan heyran qalıb – Tiaqo bütün yarışlarda 14 matçda 12 qol vurub.

Transferin mümkün məbləğinin 57 milyon avro olacağı bildirilir. Futbolçunun “Brentford” ilə müqaviləsi 2029-cu ilin ortalarınadək davam edir.

"Transfermarkt" portalının qiymətləndirməsinə əsasən, Tiaqonun hazırkı bazar dəyəri 22 milyon avrodur.

Lionel Messi yeni rekorda imza atıb

La Liqa: Nəhənglərdən qələbə

İngiltərə Premyer Liqası: “Nyukasl” “Everton”u darmadağın edib

Bundesliqa: "Bayer" evdə "Dortmund"a məğlub olub

İtaliya A Seriyası: günün nəticələri

Seçilən
189
21
apasport.az

10Mənbələr