RU

Zaqatalada qəza - Xəsarət alan var

Zaqatalada iki minik avtomobili toqquşub.

“Hakimiyyet.az ” xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, 1984-cü il təvəllüdlü rayonun Svagil kənd sakini Tevruzov Şəhmir Əlimirzə oğlunun idarə etdiyi “Vaz 21010” markalı və  Aşağı Tala kənd sakini 1957-ci il təvəllüdlü Qurbanov Əli Kamil oğlunun idarə etdiyi “Opel” markalı iki avtomobil toqquşub.

Hadisə zamanı “Vaz 21010” dakı sərnişin rayonun Svagil kənd sakini 1984-cü il təvəllüdlü Əliyev Cəmil Cəmil oğlu müxtəlif sınıq xəsarətləri alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Избранный
56
50
hakimiyyet.az

10Источники