AZ

Zaqatalada AĞIR QƏZA: Biri azyaşlı olmaqla, 7 nəfər xəsarət alıb

Zaqatalada baş verən yol qəzasında 7 nəfər xəsarət alıb.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, xəsarət alanlardan üç nəfər bir ailənin üzvüdür.
 

Yeni Suvagil kənd sakini, 1984-cü il təvəllüdlü Şəhmir Tevruzovun idarə etdiyi “VAZ 21010” markalı və Aşağı Tala kənd sakini, 1957-ci il təvəllüdlü Əli Qurbanovun idarə etdiyi “Opel Astra” markalı minik avtomobilləri toqquşub.


“Opel Astra”nın sürücüsü Ə. Qurbanov, “VAZ 21010”nun sürücüsü Ş. Tevruzov, “Opel Astrada” olan sərnişinlər - 1984-cü il təvəllüdlü Cəmil Əliyev, 1984-cü il təvəllüdlü İlkin Pirimov, 1991-ci il təvəllüdlü Gülüstan Əliyeva, 1991-ci il təvəllüdlü Leyla Pirimova və İ. Pirimovun övladı 2021-ci il təvəllüdlü Murad Pirimov xəsarət alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
10
50
paralel.az

10Mənbələr