RU

Sabiq Real futbolçuları komanda yoldaşı ola bilər

ain.az, Qol.az portalına istinadən məlumat verir.

Sabiq "Real" futbolçuları komanda yoldaşı ola bilər

"Real"ın sabiq müdafiəçisi Serxio Ramos karyerasını İtaliyada davam etdirməyə yaxındır.

QOL.az xəbər verir ki, "Calciomercato"nun məlumatına görə, 39 yaşlı futbolçu ilə "Milan" arasında ilkin razılıq əldə olunub. İspaniyalı müdafiəçinin kluba azad agent kimi qoşulacağı gözlənilir. Bildirilir ki, tərəflər arasında yalnız maaş və müqavilə müddəti ilə bağlı detalların dəqiqləşdirilməsi mərhələsi qalıb.

Ramos yeni klubunda "Real"dan tanıdığı keçmiş komanda yoldaşı Luka Modriçlə yenidən bir araya gələcək.

Xatırladaq ki, ulduz futbolçunun son klubu Meksika təmsilçisi "Monterrey" olub. O, bu ilin fevralından Şimali Amerika klubunda çıxış edib. Ramos karyerası ərzində "Real", "Sevilya" və PSJ kimi nəhənglərin şərəfini qoruyub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
34
6
qol.az

10Источники