"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğlu, komandanın hücumçusu Musa Qurbanovun toyundan yeni görüntülər yayılıb.
Publika.az xəbər verir ki, mərasimin aparıcısı, tanınmış jurnalist Sənan Şəfizadə sosial şəbəkə hesabında sentyabrın 11-də baş tutan toydan yeni fotolar paylaşıb.
Tanınmış şəxslərin toya qonaq qismində qatıldığı müəyyənləşib. Onlar arasında Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf, general-leytenant Mais Bərxudarov və "Qarabağ" klubunun prezidenti Tahir Gözəl iştirak edib.
Onların hər biri toyda çıxış edib və təbriklərini çatdırıblar.
Heybət