RU

KİV: Netanyahu Trampı İranı yenidən vurmağa inandırmaq istəyir

Moderator.az saytından alınan məlumata görə, ain.az bildirir.

İsrailin Baş naziri Benyamin Netanyahu bu axşam ABŞ Prezidenti Donald Trampla görüşündə Vaşinqtonu İranın raket obyektlərinə zərbə endirməyə razı salmağa çalışacaq.

Moderator.az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri mənbələrinə istinadən məlumat yayıb.

"Netanyahu İranı İsrailin maraqları üçün regional təhlükə kimi görməyə davam edir. O, İsrailin hərbi hücumları üçün ABŞ-nin icazəsini, ya da Vaşinqton qüvvələrinin birbaşa müdaxiləsini istəmək niyyətindədir. İsrailin baş naziri həmçinin həmsöhbətini Qəzza zolağı ilə bağlı daha sərt mövqe tutmağa inandırmağa çalışacaq. Netanyahu İsrailin anklav ərazilərdən çıxmasından əvvəl HƏMAS-ın zorla tərksilah edilməsinə zəmanət də istəyir", - deyə xəbərdə bildirilib.

Nəşr qeyd edib ki, Netanyahunun məqsədlərinə çatması ehtimalı azdır, çünki ABŞ lideri hazırda Yaxın Şərqdə gərginliyin artmasının qarşısını almağa və öz sülhməramlı gündəliyini həyata keçirməyə çalışır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
24
9
moderator.az

10Источники