AZ

Netanyahu Trampdan əvvəl Rubio ilə görüşüb

Azvision portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

AzVision.az xəbər verir ki, o, X hesabındakı paylaşımda söhbətin nəticəsini yüksək qiymətləndirib: "Floridada ABŞ Dövlət katibi Marko Rubio ilə əla görüşüm oldu". Tezliklə ABŞ Prezidenti Donald Trampın İsrail Baş nazirini Florida ştatının Mar-a-Laqo şəhərindəki malikanəsində qəbul etməsi gözlənilir. Bir müddət əvvəl "The Washington Post" (WP) mənbələrə istinadən xəbər vermişdi ki, İsrail Baş naziri ABŞ Prezidenti ilə görüşü zamanı Vaşinqtonu İranın raket obyektlərinə zərbə endirməyə razı salmaq niyyətindədir. Qəzetin məlumatına görə, Netanyahu həm də həmsöhbətini Qəzza zolağı ilə bağlı daha sərt mövqe tutmağa və İsrail qoşunları Trampın sülh planının ikinci mərhələsində göstərilən anklav ərazilərindən çıxmazdan əvvəl HƏMAS bölmələrinin zorla tərksilah edilməsi üçün zəmanətlər təmin etməyə inandırmağa çalışacaq. "The Washington Post"un məlumatına görə, Netanyahunun məqsədlərinə çatması ehtimalı azdır, çünki Ağ Ev sahaibi hazırda Yaxın Şərqdə gərginliyin artmasının qarşısını almağa və öz sülhməramlı gündəliyini davam etdirməyə çalışır. AzVision.az Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
48
azvision.az

10Mənbələr