Xalqcebhesi portalından alınan məlumata görə, ain.az xəbər verir.
İsrailin Baş naziri Benyamin Netanyahu bu axşam ABŞ prezidenti Donald Trampla görüşündə Vaşinqtonu İranın raket obyektlərinə zərbə endirməyə razı salmağa çalışacaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Washington Post" (WP) qəzeti məlumat yayıb.
Onun sözlərinə görə, Netanyahu İranı İsrailin maraqları üçün regional təhdid kimi görməyə davam edir və ABŞ-dan ya İsrail ordusunun zərbələri üçün icazə, ya da Amerika silahlı qüvvələrinin birbaşa müdaxiləsi almaq niyyətindədir. İsrail Baş naziri həmçinin həmsöhbətini Qəzza zolağı ilə bağlı daha sərt mövqe tutmağa və Trampın sülh planının ikinci mərhələsində göstərilən anklav ərazilərindən İsrail qoşunlarının çıxarılmasından əvvəl radikal Fələstin HƏMAS hərəkatının bölmələrinin zorla tərksilah edilməsinə zəmanət verməyə inandırmağa çalışacaq.
WP-nin qeyd etdiyi kimi, Netanyahunun məqsədlərinə çatması ehtimalı azdır, çünki Amerika lideri hazırda Yaxın Şərqdə gərginliyin artmasının qarşısını almağa və öz sülhməramlı gündəliyini həyata keçirməyə davam etməyə çalışır.
Məryəm Quliyeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.